Tovuz sakini bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Namiq İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, əməliyyat edilib. Məlumata görə, N.İsmayılovu həyat yoldaşı bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, məsələ ilə bağlı Tovuz Rayon Polis şöbəsində araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *