Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qəza olub, xəsarət alanlar var

Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda xəsarətlə nəticələnən yol qəza olub.

Hadisə sözügedən yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin aşması nəticəsində Bakı şəhəri sakinləri, 1981-ci il təvəllüdlü Bəhruz Allahverdiyev və 1988-ci il təvəllüdlü Cavid Quliyev müxtəlif bədən xəsarətləri alıb.

Hər iki yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
//report

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *