Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndidə silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 11-də və 12-də Xankəndi şəhəri ərazisindən 17 ədəd müxtəlif markalı avtomat silahı, bir pulemyot, iki tapança, altı tüfəng, 21 qumbara, 21 alışdırıcı, beş rabitə qurğusu, 106 patron darağı, 6 231 ədəd müxtəlif çaplı patron, 13 süngü-bıçaq və digər sursat aşkar olunaraq götürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *