Şahbuzda məktəb direktoru yol verdiyi nöqsana görə işdən çıxarılıb

Şahbuz rayonunda məktəb direktoru işində yol verdiyi nöqsana görə vəzifəsindən azad olunub.

Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru Elminə Məmmədova vəzifə səlahiyyətlərini kobud şəkildə pozduğu və eyni zamanda fəaliyyətində ciddi nöqsanlara yol verdiyi üçün vəzifədən kənarlaşdırılıb.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *