Ağstafada iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Ağstafa rayonunda ağır yol qəzası baş verib.

İki avtomobilin toqquşması nəticəsində Aşağı Kəsəmən kənd sakinləri – 1982-ci il təvəllüdlü T.Bodurova, 1965-ci il təvəllüdlü S.Bodurova, 1990-cı il təvəllüdlü A.Bodurova və 2003-cü il təvəllüdlü S.Edilov xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *