Cənub Muğan kollektorundakı körpü təmir olunacaq

Biləsuvar rayonundan keçən Cənub Muğan kollektorundakı (PK 48+00) aşırımlı körpü əsaslı təmir olunacaq.

“Report”un məlumatına görə, Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsi bununla bağlı hazırlıq işlərinə başlayıb.

Körpüdən minik avtomobilləri ilə yanaşı, ağırçəkili yük avtomobillərinin də hərəkəti nəzərə alınaraq möhkəm dəmir konstruksiyalarla bərkidilmiş beton bünövrələr qurulacaq.

Körpünün bu il hazırlanaraq istifadəyə veriləcəyi nəzərdə tutulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *