Cəlilabadda avtomobil yanıb

Cəlilabad şəhərində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Cəlilabad şəhərində “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *