Bakıda yolu keçən dörd yaşlı uşağı avtomobil vurub

Bakının Xətai rayonunda dörd yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, 2020-ci il təvəllüdlü N.Bayramlı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *