Şəmkirdə qəza: Xəsarət alanlar var

Şəmkir rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Oxu.az-ın məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

KIA və VAZ markalı minik avtomobilləri toqquşublar.

Hadisə nəticəsində 1988-ci il təvəllüdlü M.Məmmədov, 1965-ci il təvəllüdlü B.Ələkbərova və daha bir nəfər xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *