“Qarabağ” 11-ci dəfə Azərbaycan çempionu oldu – FOTO/VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün çempionu müəyyənləşib.

Median.Az xəbər verir ki, buna “Qarabağ” sona səkkiz tur qalmış nail olub.

Qurban Qurbanovun komandası “Kəpəz” üzərində böyükhesablı (6:1) qələbə qazanaraq xallarının sayını 69-a yüksəldib. Bununla da Ağdam təmsilçisi 26 xallıq fərqlə rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, bu, “Qarabağ”ın 11-ci ölkə çempionluğudur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *