Ermənistan hərbçiləri son sutkada ikinci dəfə qəzaya düşüblər, yaralılar var

Ermənistanın Geğarkunik mərzində hərbçilərin olduğu “KamAZ”ın qəzaya uğraması nəticəsində iki nəfər yaralanıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan “Sputnik Armeniya”ya təsdiqləyib.

Onun sözlərinə görə, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, ötən gün Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölmüş, 20 nəfər yaralanmışdı.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *