Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Xətai rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

261 saylı orta məktəbin yaxınlığında 1999-cu il təvəllüdlü Ülvi Ziyarəddin oğlu Məmmədov tanışı ilə dava zamanı bıçaqlanıb.

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *