Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətdə sıxlıq yaranıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *