Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb

Bakının Sabunçu rayonunda qadın sürücünün ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İki avtomobilin toqquşması nəticəsində sürücü, 1972-ci il təvəllüdlü Əhmədova Fəridə Hacıağa qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *