Almaniya millisinin sabiq futbolçusu vəfat edib

Almaniya millisinin heyətində dünya çempionu olmuş Bernd Heltsenbayn vəfat edib.

“Ayntraxt” klubunun sabiq futbolçusu 79 yaşında dünyasını dəyişib.

O, karyerası ərzində UEFA Kuboku və 3 dəfə Almaniya Kubokunu qazanıb.

Qeyd edək ki, Bernd Heltsenbayn Almaniya millisində 40 oyun keçirib. O, 1974-cü ildə dünya çempionu, 1976-cı ildə keçirilən Avropa çempionatında isə gümüş mükafatçı olub.
//report

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *