Bakıda motosiklet iki qadını vurub

Bakının Yasamal rayonu, Füzuli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Patrul.az xəbər verir ki, Qış parkından yolun əks tərəfinə keçmək istəyən 1955-ci il təvəllüdlü Xiba Adıdyayevna Raxamimova və 1963-cü il təvəllüdlü Yevgeniya Yumtuyevna Yusufovanı motosiklet vurub.

Hər iki qadın ağır xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onların vəziyyətləri ağır kimi qiymətləndirilir.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *