Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstana rəsmi səfər edəcək.

Bu barədə dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

“Səfər 18-19 aprel tarixlərində baş tutacaq. Səfər zamanı dövlət başçısı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə ikitərəfli danışıqlar aparacaq. Tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin Qırğızıstan-Qazaxıstan münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər”, – o bildirib.

Səfər çərçivəsində S.Japarov Qırğızıstan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının altıncı iclasında iştirak edəcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *