Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? – VİDEO

Bu gün Moskva yaxınlığındakı Balaşixa şəhərində qətlə yetirilən azərbaycanlı iş adamı Nazim Əhmədovun qətl səbəbi qadın intiqamı ola bilər.

Rusiya mətbuatının yazdığına görə, Əhmədovun Azərbaycanda qeyri-rəsmi həyat yoldaşı var. Cinayət törətmək üçün qatili o tuta bilərdi.

Əhmədovun rəsmi həyat yoldaşı, 61 yaşlı Ofeliya mağazaya gələn zaman əri ilə birlikdə avtomobildə olub. Onu da öldürməyə cəhd ediblər, lakin alınmayıb.

Qeyd edək ki, qatil kameralar vasitəsilə qaçıb gizləndiyi avtomobilinə qədər izlənilib. İndi onu axtarırlar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *