Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq

Bu gün Azərbaycanın daha üç cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında mübarizəyə qoşulacaq.

Üçqat Avropa çempionu Hidayət Heydərov və Rəşid Məmmədəliyev 73 kq-da tatamı üzərinə çıxacaq.

Zelim Tçkayev isə 81 kq çəki dərəcəsində rəqiblərini üstələməyə çalışacaq.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *