Binəqədidə AKS markalı avtomat tapılıb

Bakı şəhəri, Binəqədi rayonunda 1 ədəd AKS markalı avtomat aşkarlanıb.

Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Çobanov Nicat Qürbət oğluna məxsus bir ədəd AKS markalı avtomat silah və içərisində 10 ədəd 5,45 kalibrli güllə olan 1 ədəd avtomat sandıqcası Binəqədi rayonu Çiçək qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *