“Qarabağ” Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzadıb

“Qarabağ” klubu müdafiəçi Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzadıb.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə anlaşma daha 3 il müddətinə uzadılıb. O, 2027-ci ilin yayına qədər “Qarabağ”da forma geyinəcək.

Qeyd edək ki, Mustafazadə 2021-ci ildən “Qarabağ”ın şərəfini qoruyur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *