Vladimir Putinin andiçmə mərasimi başladı – YENİLƏNİR (CANLI YAYIM)

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi başlayıb.

Qeyd edək ki, andiçmə mərasiminə dünyanın müxtəlif ölkələrindən olan dövlət başçıları, hökumət rəhbərləri, ayrı-ayrı sahələr üzrə tanınmış simalar iştirak edirlər.

* * * * *

Rusiya Prezidenti Vladimir Putin prezident seçkisində qalib gəldikdən sonra bu gün and içəcək və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq.

İnaqurasiya mərasimi Moskva vaxtı ilə saat 12:00 radələrində (Bakı vaxtı ilə saat 13:00-da) Kremldə başlayacaq.

Məlumat üçün əlavə edək ki, V.Putin and içdikdən sonra indiki Rusiya hökuməti də istefa verəcək.

Mənbə: TASS

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *