Təhsil sektoruna yeni rəhbər təyin olundu

Vüsal Cəfərov Daşkəsən rayon təhsil sektorunun müdiri təyin olunub.

Median.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev əmr imzalayıb.

O, bu təyinatadək Samux rayon təhsil sektorunda aparıcı məsləhətçi işləyib.

Digər əmrlə Daşkəsən rayon təhsil sektorunun müdiri Elmir Cəfərov isə vəzifəsindən azad edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *