Naxçıvanda yol qəzası olub, xəsarət alan var

Naxçıvan şəhəri ərazisində yol qəzası baş verib, xəsarət alan var.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Tumbul kəndi ərazisində qeydə alınıb.

Yük və minik avtomobillərinin toqquşması nəticəsində Naxçıvan şəhər sakini, 2008-ci il təvəllüdlü İsmayılov İbrahim Məhəmməd oğlu xəsarət alıb. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *