Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb – VİDEO

İrəvanda keçirilən etiraz aksiyaları zamanı polis ASALA terror təşkilatının üzvü Hambiq Sasunyanı saxlayıb.

Median.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, A. Sasunyan naməlum istiqamətə aparılıb.

Xatırladaq ki, Türkiyənin Los-Ancelesdəki Baş konsulu Kamal Arıkan 28 yanvar 1982-ci ildə bu şəhərdə erməni terrorçular Hambiq Sasunyan və Krikor Saliba tərəfindən qətlə yetirilib. Həbs edilən H.Sasunyan ömürlük həbsə məhkum edilib, 2021-ci ilin oktyabrında isə azadlığa buraxılaraq İrəvana qayıdıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *