Bakıda xəsarətlə nəticələnən qəza olub

Bakının Nəsimi rayonunda motosikletçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1995-ci il təvəllüdlü Vahid Zahid oğlu Sadıqovun idarə etdiyi motosiklet “Toyota Prius” markalı avtomobillə toqquşub.

Xəsarət alan V.Sadıqov təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *