Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

May ayının 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 10 nəfər (6-sı azyaşlı olmaqla) Azərbaycan Respublikası vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *