Ağır qəzada həlak olan şəxs polis zabiti imiş

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Toyota Prado” markalı avtomobil idarəetməni itirərək uşaq bağçasının divarına çırpılıb.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, qəzada aldığı xəsarətlərdən vəfat edən 1986-cı il təvəllüdlü Ramil Nurəddin oğlu Əsgərov Hacıqabul Rayon Post-Patrul (PPX) Xidmətinin rəisi olub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *