Abşeronda avtobus qəzaya düşüb, xəsarət alan var

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Qobu qəsəbəsində sərnişin avtobusu başqa bir avtomobillə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin 1974-cü il təvəllüdlü Sultanova Mehriban Nadir qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *