Azərbaycanlı şair vəfat edib

Şair İnqilab İsaq 71 yaşında dünyasını dəyişib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, o, yaşadığı Göygöl rayon Üçtəpə kəndində vəfat edib.

İ.İsaq “Ümidə borclu dünya”, “Deməyə sözüm var”, “Aləm cənnətə dönsə”, “Aydan axan bulaq”, “Sabahın ümidləri”, “Obaları gəzə-gəzə” və başqa əsərlərin müəllifidir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *