Azərbaycan çempionatında möhtəşəm qol vuruldu – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXV turu çərçivəsində daha üç oyun keçirilib.

“Sabah” evdə “Sumqayıt”ı 2:0, “Zirə” isə səfərdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.

Digər görüşdə “Neftçi” “Səbail”i udub – 3:0

“Səbail” – “Neftçi” oyununda möhtəşəm qol vurulub. Fantastik qolun müəllifi “Neftçi”dən Brayan Morenodur.

O, aşırma zərbəsi ilə komandasını matçda önə keçirib.

Qeyd edək ki, turun sonuncu – “Qəbələ” – “Araz-Naxçıvan” matçı mayın 19-da keçiriləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *