Qubada altıotaqlı ev yandı

Qubada altıotaqlı ev yanıb.

Median.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Qonaqkənd qəsəbəsində ümumi sahəsi 160 kvadratmetr (hər mərtəbəsi 80 kvadratmetr) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *