Nöqsanları aradan qaldırmayan klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin keçirdiyi nəzarət tədbirləri çərçivəsində Gəncə şəhərində yerləşən “İntermedservis” Məhdud Məsuliyyətli Cəmiyyətində ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı ilə əlaqədar 2023-cü ildə aparılmış yoxlama zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılmadığı müəyyən edilib.

Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qeyd olunanlarla əlaqədar qanunvericiliyin tələbinə uyğun olaraq, Agentlik tərəfindən “İntermedservis” MMC-də rentgen aparatlarının fəaliyyəti məhdudlaşdırılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *