Röya yeni duetini təqdim etdi – Video

Xalq artisti Röya Ayxan yeni duetə imza atıb.

Məşhur müğənni bu dəfə Nəsimi Məmmədovla “Bilən olmasın” adlı mahnıya həyat verib.

Mahnının musiqisi Fərid Kərimliyə, sözləri isə Tural Xaniyə məxsusdur.

Layihəni Türkiyədən Azərbaycana dəvət olunan komanda ekranlaşdırıb. Klipin rejissoru Orçun Mutludur. Röya Ayxanın staylinqini Özgür Yüksel edib.
Klipdə iki xoşbəxt cütlüyün həyatı əks olunub. Ekran işi N. Məmmədovun yutub hesabında təqdim edilib.
//azxeber

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *