Fransa XİN: Fələstin dövlətinin tanınması məsələsi rəsmi Paris üçün qadağa deyil

Fələstin dövlətinin tanınması məsələsi Fransa üçün tabu deyil, lakin bunun vaxtı hələ çatmayıb.

Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.

Onun sözlərinə görə, bu gün Fələstinin tanınması qərarının vəziyyətə real təsir göstərməsi üçün şərait yaranmayıb:

“Bununla bağlı qərar faydalı olmalı və siyasi baxımdan əhəmiyyətli irəliləyiş əldə etməyə imkan verməlidir. Odur ki, bu istiqamətdə qərar lazımi anda verilməlidir”.
//report

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *