Nəsimi rayonunda 37 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Nəsimi rayonunda 37 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə metronun “28 May” stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Şəhanə Məhərrəm qızı Kərimova yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *