Belarus və Rusiya birgə təlimlər keçirəcək

Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları ilə Rusiya Aerokosmik Qüvvələrinin birgə uçuş-taktiki təlimləri keçirəcək.

Bu barədə Belarus KİV-i ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Təlimlər zamanı əsas səylər dövlət və hərbi obyektlərin hava hücumlarından qorunması problemlərinin həllinə yönəlib”, – məlumatda bildirib.

Təlimlərdə müxtəlif aviasiya qüvvələrinin idarə olunması, onların döyüş hazırlığı tapşırıqlarını yerinə yetirərkən qarşılıqlı fəaliyyətin təşkili məsələləri işlənəcək.

Manevrlər mayın 27-dən 31-dək baş tutacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *