Gürcüstan-Rusiya sərhədində “Dəryal” keçid məntəqəsi bağlanıb: İşçilər təcili təxliyə olunub

Gürcüstan-Rusiya sərhədindəki “Dəryal” keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu gün detektorlar saat 08:36-da Devdoraki çayında suyun səviyyəsinin artdığını qeydə alıblar. Ərazidə xidmət aparan bütün əməkdaşlar təcili təxliyə ediliblər. Sərhəd polisinin helikopteri əraziyə baxış keçirmək üçün qalxıb.

Məlumata görə, Qveleti kəndi yaxınlığında da hər iki istiqamətdə yol bağlanıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *