Axtarışda olan iki nəfər ölkədən qaçmaq istəyərkən tutuldu

Gəncədə axtarışda olan 2 nəfər ölkəni tərk edərkən tutulublar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1965-ci il təvəllüdlü Məhərrəm Yusifov və 1998-ci il təvəllüdlü Elvin Məmmədov Gəncə Hava Limanında ölkədən qaçmaq istədikləri vaxt saxlanıblar.

Bildirilib ki, onların hər ikisi polis tərəfindən axtarışa verilib və barələrində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *