Sürət qatarından istifadə edənlərə şad xəbər – Bu istiqamətdə dayanacaq verilib…

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri başa çatıb.

Median.Az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, bu gündən qatarlara bu stansiyada dayanacaq verilməsi bərpa edilib.

Hərəkət cədvəli və biletlər haqqında məlumatı dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və yaxud 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *