İşlədikləri şirkətdən oğurluq edən şəxslər saxlanıldılar

Hacıqabul şəhərinin ərazisində “Hacıqabul Quşçuluq Şirkəti” MMC-yə məxsus 2380 manat dəyərində dərman həbləri oğurlanıb.

Hadisəni törətmiş şəxslərin oranın işçiləri olduğu müəyyənləşib.

Şirvan şəhər sakinləri 1999-cu il təvəllüdlü Məhəmməd Abbasov və 2004-cü il təvəllüdlü Məhəmməd Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *