Kot d’İvuarda güclü yağışlar nəticəsində səkkiz nəfər ölüb

Kot d’İvuarda ən böyük şəhəri olan Abidjanda iki gündən çox davam edən yağışlar nəticəsində azı 8 nəfər ölüb.

Bu barədə “7 info” xəbər portalı məlumat yayıb.

Güclü yağışlar Abidjanda 8 nəfərin ölümünə, 300-dən çox insanın xəsarət almasına səbəb olub.

Qvineya körfəzinin sahilində yerləşən Abidjan Qərbi Afrikanın ən böyük meqapolislərindən biridir. Onun əhalisi təxminən 4,3 milyon nəfərdir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *