Fransa millisinin baş məşqçisi: Hücumda daha dəqiq olmalı idik

Hücumda daha dəqiq olmalı idik. Amma əsas yarışa qələbə ilə başlamaqdır.

Bunları Fransa millisinin baş məşqçisi Didye Deşam futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda Avstriya yığmasına 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Mütəxəssis oyunçularından razı qaldığını bildirib: “Hər şeyi daha əvvəl bitirmək imkanlarımız var idi. Amma hər matç asan olmur. Ön xətdə əla futbolçularımız olsa da, istədiyimizi edə bilmədik”.

Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ə iyulun 14-də yekun vurulacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *