“Sabah” və “Sumqayıt”ın UEFA Konfrans Liqasındakı rəqibləri bəlli olur

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah” və “Sumqayıt” klublarının rəqibləri bu gün bəlli olacaq.

II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimizin rəqibləri İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmanın nəticəsindən sonra müəyyənləşəcək.

Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, UEFA-nın təlimatına əsasən, Azərbaycan və Ermənistan klubları təsnifat mərhələsinin görüşlərində üz-üz gələ bilməz.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *