MİDA yeni yaşayış kompleksi tikəcək: Ünvan açıqlandı

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Abşeron rayonunun Saray qəsəbəsində yeni yaşayış kompleksinin inşasına başlayır.

Median.Az “iqtisadiyyat.az”a istinadən xəbər verir ki, 4,5 ha torpaq sahəsində yaşayış kompleksinin tikintisi nəzərdə tutulub.

MİDA bununla əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərinə start verib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *