Lənkərandakı güclü yanğınla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində baş verən yanğınla bağlı məlumat yayıb.

Qurumdan verilən məlumata görə, Lənkəran şəhərində ümumi sahəsi 250 kvadratmetr olan bir mərtəbəli mağazanın dam örtüyünün yanar konstruksiyaları 200 kvadratmetr sahədə və içərisində qismən ərzaq malları yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

* * * * *

Lənkəran şəhərində bazar yanır.

Yanğın mərkəzi bazarın daxilində fəaliyyət göstərən marketlərdən birində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *