Sumqayıtda ağır yol qəzasında xəsarət alanlar Bakıya gətirilib

Sumqayıtda ağır yol qəzasında xəsarət alanlar Bakıya gətirilib.

Ötən gün “Yaşma bağları” adlanan ərazidə yük maşınının minik avtomobilinə çırpılması nəticəsində xəsarət alanlar – minik avtomobilinin sərnişinləri: 1979-cu il təvəllüdlü Babayeva Könül Bəxtiyar qızı və 1973-cü il təvəllüdlü Aslanova Minə Möhsün qızı Bakıda yerləşən xəstəxanalardan birinə çatdırılıblar.

K.Babayevaya qapalı-kəllə beyin travması diaqnozu qoyulub.

Qeyd edək ki, qəza zamanı minik avtomobilində olan digər sərnişin, 1971-ci il təvəllüdlü Lalə Abuəli qızı Hüseynli aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Fakt araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *