Türkiyə Ordusu İraqda şəhid verib, üç terrorçu öldürülüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində şəhid verib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, terrorçularla atışmada çavuş Mehmet Ali Horoz şəhid olub. Əməliyyat zamanı üç terrorçu öldürülüb.

Nazirlikdən verilən məlumata görə, bölgədə əməliyyatlar davam edir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *