Lənkəranda kişi faciəli şəkildə ölüb

Lənkəranda 35 yaşlı kişinin körpüdən yıxılaraq öldüyü məlum olub.

Bu gün rayonun Sütəmurdov kənd sakini Vüsal Əliqulu oğlu Rəhimovun meyiti “Dəhnə” deyilən ərazidəki körpünün altından tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları baxış keçiriblər.

İlkin rəyə görə, mərhum ehtiyatsızlıqdan körpüdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *