“Sabah”ın Konfrans Liqasındakı səfər matçının məkanı dəyişdirildi

“Sabah”ın Konfrans Liqasının ikinci təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubuna qarşı keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.

Matç əvvəldən nəzərdə tutulduğu kimi Macarıstanda deyil, Slovakiyada keçiriləcək.

Debretsendəki arenada oyunun keçiriləcəyi saatda başqa tədbir olduğu üçün bu addım atılıb. İsraillilər “Sabah”dan iyulun 25-dəki ilk oyunun Bakıda baş tutmasını xahiş etsələr də, təmsilçimiz buna razı olmayıb.

Qeyd edək ki, Bakıdakı cavab qarşılaşması avqustun 1-də oynanılacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *